Dünyanın ən dəyərli şirkəti kimi tanınan “Apple” bu titulu Microsoft-a qısa müddət də olsa həvalə edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2023-cü ildə səhmlərinin dəyəri təxminən yüzdə 48 artan Apple, ilin son dövründə 3 trilyon dollarlıq bir şirkət olub. Ancaq xüsusilə smartfon sənayesindəki azalma Apple səhmlərinin azalmasına səbəb olub. Əslində, Apple səhmləri 2024-cü ilin ilk 10 günündə xüsusilə Çində zəif iPhone satışları ilə bağlı narahatlıqlar səbəbindən 4 faiz dəyər itirib. Microsoft-un səhmləri 2023-cü ildə 57 faiz artıb. Bununla kifayətlənməyən şirkət 2024-cü ildə səhmlərin bahalaşmasına davam edibi.


İlin ilk 10 günündə 2 faiz dəyər qazanan Microsoft-un cari dəyəri bu gün 1,6 faiz artaraq 2,875 trilyon dollara çatıb. Digər tərəfdən, Apple-ın səhmləri 0,9% azalaraq 2,871 trilyon olub. Bu, Microsoft-a 2021-ci ildən bəri ilk dəfə olaraq dünyanın ən dəyərli şirkəti olmağa imkan verib.


Lakin Microsoft-un zirvədəki yeri uzun çəkməyib. Apple 2,86 trilyon dəyərlə yenidən zirvəyə yüksəlib. Microsoft-un dəyəri hazırda 2,83 trilyondur.