“Microsoft” “Apple”ı geridə qoyub, dünyanın ən dəyərli şirkəti olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin səhmləri təxminən 2% artıb və dəyəri 2,9 trilyon dolları ötüb. Apple-ın səhmləri 0,9% ucuzlaşaraq şirkətin kapitallaşmasını 2,8 trilyon dollara çatdırıb. Beləliklə, Apple-ın bazar dəyəri Microsoft-un kapitallaşmasından aşağı düşüb. Bu, 2021-ci ildən bəri ilk dəfə baş verib.


Yanvarın ilk günlərində analitiklərin iPhone satışlarının azalacağı ilə bağlı proqnozları fonunda Apple-ın səhmlərinin qiyməti aşağı düşüb. Eyni zamanda Microsoft-un səhmləri də bahalaşır. Microsoft-un yüksəlişi onun proqram təminatına OpenAI texnologiyasının tətbiqi ilə bağlıdır.


Əvvəllər isə Microsoft 2020 və 2021-ci illərdə kapitallaşma baxımından artıq Apple-ı qabaqlayırdı.