Biz dəfələrlə görmüşük ki, şirkət baş direktorları pis vəziyyəti dəyişmək üçün radikal addımlar atıblar. Elon Musk'ın Twitter-i alan kimi etdiyi dəyişikliklər bunun ən bariz nümunəsi ola bilər. Bununla belə, 2023-cü ilin əvvəlində vəzifəyə başlayan Adidas-ın CEO'su Bjørn Gulden şirkəti dəyişməzdən əvvəl işçilərin şirkətə baxışını son dərəcə maraqlı bir şəkildə dəyişməyə çalışıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Bjørn Gulden Adidas-da vəzifəyə gəldikdən sonra daha şəffaf bir şirkət olacağını sübut etmək üçün görüş zamanı Adidas-ın 60 min işçisi ilə mobil telefon nömrəsini paylaşıb. Bəs Gulden bu hərəkəti ilə hansı nəticələrə nail oldu? Gulden mobil telefon nömrəsini paylaşdıqdan sonra işçilərin ona həftədə 200 mesaj göndərdiyini və şirkətdə dəyişiklik tələb etdiyini bildirib.