Şşirkət yaxın həftələrdə App Store-da böyük dəyişiklik edəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avropa Birliyindəki App Store və dünyanın qalan hissəsindəki App Store-lardan fərqli ola bilər. Bloomberg-dən Mark Qurmanın sözlərinə görə, şirkət yaxın həftələrdə App Store-da böyük dəyişiklik edəcək. Gurman, Apple-ın üçüncü tərəf tətbiqlərinə icazə verməyə məcbur edən qanuna riayət etmək üçün mağazanı iki yerə bölə biləcəyini söyləyib. Texnologiya nəhəngi bunu App Store-u dünyanın qalan hissəsindən ayırmaqla Avropada edə bilər.
Başqa sözlə, biz Avropa Birliyi ölkələrində fərqli App Store və digər ölkələrdə ayrıca App Store görməyə başlaya bilərik. Apple mağazasını qanuniləşdirmək üçün martın 7-dək vaxt verib. Beləliklə, bu dəyişikliklər növbəti 7 həftə ərzində edilməlidir.