“Circle Search” adlı yeni süni intellekt funksiyası Samsung Galaxy S24 seriyasına gələ bilər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Samsung-un qarşıdan gələn S seriyalı flaqman smartfonlarında bir sıra süni intellekt xüsusiyyətləri olacaq, çünki Samsung, yanvarın 17-də keçiriləcək Galaxy Unpacked tədbirində təqdim edəcəyi S24 telefonlarını " süni intellektli telefonlar " adlandırır.


Digər bir maraqlı detal isə yeni telefonların Google-un Pixel telefonları kimi 7 il ərzində Android yeniləmələrini alacağıdır. Paylaşılan məlumatlara görə Samsung Galaxy S24 Ultra 6,8 düymlük düz ekrana və 200 meqapiksellik əsas kameraya, Samsung Galaxy S24 Plus 6,7 düymlük ekrana və 50 meqapiksellik əsas kameraya, Samsung Galaxy S24 isə 6,2 düymlük ekrana və 50 meqapiksellik əsas kameraya sahib olacaq.