DəmirBank-ın nağdsız ödəniş edən MasterCard və Maestro plastik kart sahiblərinə Bazarstore marketində hədiyyələr təqdim olunur. Aksiya 24 yanvar 2013-cü il tarixinədək davam edəcək.


Aksiyanın şərtlərinə görə ən azı 20 manatlıq nağdsız ödəniş edənlərə 1,5 kiloqramlıq Ariel yuyucu tozu hədiyyə olunur. Kassada plastik kartla nağdsız ödənişi bildirən çeki təqdim edərək hədiyyəni dərhal almaq mümkündür.


DəmirBank plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.


Plastik kartı Bankın filiallarında və həmçinin http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.