Yanvarın 17-də keçirilən Galaxy Unpacked tədbirində Samsung yeniliklərini təqdim edib.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “Samsung Health”in yenilikləri ilə yanaşı, şirkət istifadəçinin sağlamlığına nəzarət edəcək “Galaxy Ring” smart üzükünü də təqdim edib.



Şirkət “Galaxy Ring”lə bağlı çoxlu detalları paylaşmasa da, digər taxıla bilən texnologiyalarda olduğu kimi istifadəçinin ürək döyüntüsü, məşq və fitness vəziyyəti, bədən istiliyi və yuxu statistikası kimi sağlamlıq məlumatlarını izləyəcəyini söyləmək mümkündür. Galaxy Ring-in qiyməti və buraxılış tarixi hələ məlum deyil. Galaxy Ring-in çox güman ki, ekransız olacağı, telefonlarına bağlı olmaq istəməyənlər üçün ideal seçim olacağı da deyilir.