YouTube sözçüsü, Apple Vision Pro üçün proqram hazırlamayacaqlarını və istifadəçilərin veb brauzer vasitəsilə YouTube-a daxil ola biləcəklərini söyləyib. Spotify-ın Vision Pro üçün proqram buraxmayacağı da bildirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, xarici mənbədə paylaşılan məlumata görə, Netflix kimi YouTube da Vision Pro üçün proqram hazırlamağı planlaşdırmır. YouTube sözçüsü Jessica Gibby mövzu ilə bağlı verdiyi açıqlamada: " YouTube istifadəçiləri Apple Vision Pro-da Safari vasitəsilə YouTube-a daxil ola biləcəklər", - deyə qeyd edib