X nəhayət tətbiqdaxili video və səsli zəng funksiyasını Android-ə gətirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ilk dəfə 2023-cü ilin avqustunda X CEO Linda Yaccarino tərəfindən elan edilən və oktyabr ayında iOS-a gələn xüsusiyyət ilə hər kəs zəng qəbul edə biləcək, ancaq ödənişli Premium abunəçiləri zəng edə biləcək.


İstifadəçilər bu funksiyanı “Parametrlər > Məxfilik və Təhlükəsizlik > Birbaşa Mesajlar > Səsli və Video Zəngi Aktivləşdir» menyusu vasitəsilə asanlıqla aktivləşdirə və ya söndürə bilərlər. Həmçinin qeyd etməliyik ki, istifadəçilər “qeydiyyatdan keçmiş kontaktlar, izlənilən kontaktlar və təsdiqlənmiş istifadəçilər” seçimləri arasında eyni menyudan onlara kimin zəng edə biləcəyini idarə edə bilərlər.


X mühəndislərindən biri X üzərində paylaşdığı yazıda Android istifadəçilərinin proqram yeniləməsindən sonra bu funksiyadan istifadə edə biləcəyini bildirib.