Kanada xarici tələbə icazələrinə iki illik məhdudiyyət qoyub.Hökumət mənzil böhranını daha da ağırlaşdırdığı səbəbilə ölkəyə gələn xarici tələbələrin sayını azaldır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İmmiqrasiya Nazirliyinin verdiyi açıqlamaya görə, 2024-cü ildə yuxarı hədd təxminən 360 min viza olacaq. Bu, 2023-cü illə müqayisədə 35 faiz azalma deməkdir. Kanadanın İmmiqrasiya Naziri Mark Miller federal hökumətin məhdudiyyəti tətbiq etmək üçün təhsil sisteminə nəzarət edən əyalətlərlə işləyəcəyini söyləyib. Miller, məhdudiyyətin özəl məktəblərə gedən tələbələri qorumaq və eyni zamanda mənzil və xidmətlər üzərindəki təzyiqi azaltmaq məqsədi daşıdığını bildirib.