Qlobal internet televiziya şəbəkəsi Netflix-in abunəçilərinin sayı 2023-cü ilin dördüncü rübündə 13,1 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı illik 12,8 faiz artaraq 260,28 milyon nəfərə çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Netflix 2023-cü ilin son rübü üçün balans hesabatını açıqlayıb. Buna görə şirkətin ötən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə yüzdə 12,5 artaraq 8,83 milyard dollara çatıb. 2022-ci ilin eyni dövründə şirkətin gəliri 7,85 milyard dollar olub.


Şirkətin xalis mənfəəti ötən ilin son rübündə 938 milyon dollar olub. Netflix-in 2022-ci ilin dördüncü rübündə xalis mənfəəti 55 milyon dollar olaraq hesablanıb.


Şirkətin səhm başına mənfəəti eyni dövrdə 12 sentdən 2,11 dollara yüksəlib.


Ötən ilin son rübündə Netflix-in abunəçilərinin sayı 13,1 milyon artıb.


Şirkətin dünya üzrə abunəçilərinin sayı illik 12,8 faiz artaraq 260,28 milyon nəfərə çatıb.