Tez-tez "planetin ağciyərləri" kimi təsvir edilən Amazon atmosferdən istiləşən karbon qazının çıxarılmasında əsas rol oynayır.Lakin meşələrin sürətlə qırılması onu ekstremal hava şəraitinə qarşı daha həssas edib. Oktyabr ayında dünyanın ən böyük çaylarından biri olan Rio Neqro Braziliyanın Manaus yaxınlığında qeydə alınan ən aşağı səviyyəyə çatdı və 100 ildən çox əvvələ gedən göstəriciləri üstələyib. Amazon iqlim dəyişikliyinə qarşı bir tampon olmaqla yanaşı, zəngin biomüxtəliflik mənbəyidir və dünya növlərinin təxminən 10%-ni özündə cəmləşdirir - daha çoxu hələ kəşf edilməmişdir.


Quraqlıq ekosistemləri pozdu və nəqliyyat, qida və gəlir üçün çaylardan istifadə edən milyonlarla insana birbaşa təsir göstərir. İstiləşmə davam edərsə, bu cür həddindən artıq quraqlıqlar daha da adiləşə bilər.


Braziliya, Böyük Britaniya, Niderland və ABŞ-dan olan meteoroloqlar iqlim müşahidələrinin müasir məlumatları ilə sənayeyəqədərki dövrdə alınan məlumatları tutuşduraraq WWA-nın hesabatı üzərində işləyiblər.


2023-cü ilin martından bəri Braziliya Amazonu misilsiz quraqlıq yaşayır və bu quraqlıq çayların dayazlaşması, meşə yanğınları və heyvanların sayının kütləvi şəkildə azalması ilə müşayiət olunur.


Hələ 2020-ci ildə alimlər Amazon cəngəlliklərini quraqlığın gözlədiyini bəyan etmişdilər. Amazon meşələri ərazisinin 35 faizinin qırılmaqla məhv olacağı əsaslandırılıb. Hazırda cəngəlliklərin 20 faizinin qırıldığı məlumdur. Bu ərazi 5 milyon kvadratkilometrə bərabərdir.