“Rəqəmlərin ritmi” sloqanı ilə keçirilmiş ilk “Vergi və Mühasibatlıq Zirvəsi” qarşısına qoyduğu məqsədlərə çatmış, təkcə mühasibatlıq və vergi ilə məhdudlaşmayan, həm də maliyyə, audit və idarəetmə kimi istiqamətlərin əhatə olunduğu, sahibkarlar, mühasiblər, maliyyəçilər və digər aidiyyəti şəxslər arasında təcrübə mübadiləsi, maariflənmə və şəbəkələşmənin ön plana çıxdığı bir tədbir olmuşdur. Eyni zamanda ilk “Vergi və Mühasibatlıq Zirvəsi”nin çıxışları, toxunulan mövzular üzrə hazırlanmış təkliflər ayrıca kitabça şəklinə salınaraq növbəti tədbirdə iştirakçılara təqdim ediləcəkdir.