Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, rus alimləri xəstələrin istifadəsinə verilə biləcək xərçəng peyvəndi istehsal etməyə yaxındırlar. Putin peyvəndin hansı xərçəng növünə qarşı təsirli olduğu barədə ətraflı məlumat verməyib.
Paytaxt Moskvada keçirilən “Gələcəyin Texnologiyaları Forumu” tədbirində çıxış edən Putin xərçəngə qarşı peyvənd araşdırmaları haqqında məlumat verib.
Prezident Putin, "Xərçəngə qarşı peyvəndlər və xərçəng peyvəndi olaraq bilinən immunitet sistemini tənzimləyən yeni nəsil dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, onlardan çox yaxında fərdi müalicə metodları kimi effektiv istifadə olunacaq" dedi.
Son 5 ildə ölkədə 500-dən çox xərçəng müalicəsi mərkəzinin açıldığını qeyd edən Putin onların hansı xərçəng növünü hədəf aldıqları və necə işlədikləri ilə bağlı detalları açıqlamayıb.