Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia-nın bazar dəyəri ötən gün ABŞ-ın pərakəndə nəhəngi Amazonu ötüb. 2002-ci ildən bəri ilk dəfə günün sonunda Amazondan daha dəyərli olan şirkət bu gün bazar dəyərinə görə Alphabeti geridə qoyub.
Bloombergin hesabatına görə, Nvidianın səhmləri hazırda 1,83 trilyon dollar dəyərindədir. Googleun çətir şirkəti olan Alphabet 1,82 dollarlıq bazar dəyəri ilə Nvidiadan az fərqlə geridə qaldı. İndi isə süni intellekt bumu sayəsində Nvidia Microsoft, Apple və Saudi Aramcodan sonra dünyanın dördüncü ən dəyərli şirkəti oldu.
Hazırda şirkət bu gün istifadə olunan böyük dil modellərinin (LLM) əksəriyyətini gücləndirən H100 çipini istehsal edir. Bunlara OpenAInin ChatGPT və Microsoft, Meta və Amazondan bir çox süni intellekt layihələri daxildir.
Digər tərəfdən, dünyanın ən böyük texnologiya şirkətləri Nvidianın monopoliyasını məhv etmək üçün öz süni intellekt çiplərini istehsal edərək süni intellekt çip yarışına qoşulurlar. Maraqlıdır ki, Nvidianın süni intellekt çiplərinin ən çox satışı məhz bu şirkətlərdən gəlir.
Nəhayət, qeyd edək ki, Nvidia əvvəlki modellərdən daha çox yaddaş tutumu və ötürmə qabiliyyətinə malik süni intellekt çipi H200-ü təqdim etməyə hazırlaşır və Nvidianın rəqibləri Intel və AMD H200 ilə rəqabət apara biləcək öz çipləri üzərində işləyirlər.