Facemark.az xarici mənbəyə istinadən bu barədə məlumat verir ki, məşhur onlayn teleserial və film platforması Disney+ abunə haqlarında böyük artımla diqqət çəkib. Aylıq və illik paketlərdə artım tempi 100 faizi ötüb.


Disney+ aylıq üzvlük haqqı 64,99 TL-dən 134,99 TL-yə yüksəldi. İllik üzvlük haqqı 649,90 TL-dən 1349,90 TL-yə yüksəldilib.


Şirkətin saytında verilən açıqlamaya görə, yeni üzvlər üçün bu qiymətlər 14 fevral 2024-cü il tarixindən etibarən qüvvədə olacaq. Bununla belə, bu tarixdən əvvəl abunə olanlar üçün abunə haqları 20 mart 2024-cü il və ya ondan sonrakı ödəniş tarixində yenilənəcək.