Britaniya iqtisadiyyatı ötən ilin üçüncü rübündə 0,1 faizlik daralmanın ardından son rübdə 0,3 faiz kiçilmiş texniki tənəzzülə girdi.
Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin ( ONS ) məlumatına görə, 2023-cü ilin son rübündə xidmət, istehsal və tikinti sektorlarında azalma müşahidə olunub. Xidmət sektoru 0,2 faiz, istehsal 1 faiz, tikinti istehsalı 1,3 faiz azalıb. Britaniya iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündə 0,1 faiz daralıb. Beləliklə, İngiltərə iqtisadiyyatı son iki rübdə kiçildi və texniki tənəzzülə girdi. ONS, iqtisadiyyatın son iki rübdə 0,5 faiz azaldığını təxmin etdi. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə real iqtisadiyyatın 0,2 faiz kiçildiyi təxmin edilirdi. Resiyanın rəsmi tərifi olmasa da, ardıcıl iki rübdə mənfi artım ümumiyyətlə texniki tənəzzül hesab edilir.