Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankları Rusiyadan pul qəbulunu və Rusiya müştərilərinə köçürmələri dayandırıb. Bundan əlavə, kredit təşkilatları sahibləri Rusiya vətəndaşı olan şirkətlərin bank hesablarını bağlamağa başlayıb.


Ruslar 2023-cü il ərzində çətinliklər yaşadılar, lakin sentyabr ayından etibarən problemlər ciddi şəkildə gücləndi. Mənbələrə görə, hazırda Rusiya şirkətlərinin hesab açması demək olar ki, mümkünsüz olub.


Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov Rusiya ilə Türkiyə arasında bank köçürmələri ilə bağlı problemlərdən narahatlığını ifadə edərək bildirib ki, diplomatik missiya hər iki ölkənin xarici iqtisadi fəaliyyətində mənfi nəticələrin qarşısını almaq üçün Türkiyə rəsmiləri ilə fəal işləyir.