Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Xiaomi-nin yeni planşet modeli Xiaomi Pad 6S Pro bu cümə axşamı Çində rəsmi olaraq təqdim ediləcək. Eyni tədbirdə maraqla gözlənilən Xiaomi 14 Ultra flaqman telefonu da təqdim olunacaq. İndiyədək Xiaomi Pad 6S Pro-nun bəzi dəyərli xüsusiyyətlərini ortaya qoyan bir neçə afişa buraxıb. Lakin bu afişaların heç birində planşetin arxa dizaynı göstərilməyib.


Xiaomi Pad 6S Pro incəlmiş çərçivələri ilə diqqəti cəlb edir ki, bu da cihazın təsirli baxış təcrübəsi təqdim edəcəyini göstərir. Arxa tərəfdəki kvadrat kamera modulu Xiaomi 14 -dəki kamera adasına bənzəyir. Kamera moduluna yaxından nəzər saldıqda onun 50 meqapiksellik əsas kamera, köməkçi obyektiv və LED flaşı olduğunu görmək olar. Cihazın sağ tərəfində səs səviyyəsi düymələri olsa da, yuxarı kənarında güc düyməsi var və bu düymə barmaq izi skaneri kimi də fəaliyyət göstərə bilər.