Samsung, Galaxy Ring-i bir daha nümayiş etdirdiyi bir tədbir keçirdi. Şirkət bu məhsulun sağlamlıq yönümlü olacağını bildirdi. Lakin “Galaxy Ring”in nə vaxt buraxılacağı hələ məlum deyil.


Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi Samsung şirkəti Galaxy S24 ailəsinin təqdimatında sürpriz etdi və "Galaxy Ring" adlı ağıllı üzüyünü təqdim etdi. Həmin gün keçirilən tədbirdə şirkət bu yeni üzük haqqında ətraflı açıqlama vermədi. Mobil Dünya Konqresi tədbirləri çərçivəsində yeni bir tədbir keçirən şirkət bu dəfə ağıllı üzüyü haqqında daha ətraflı məlumat verdi.


Samsung tərəfindən edilən şərhlərə görə, Galaxy Ring xüsusilə sağlamlıq funksiyaları ilə əlaqəli bir məhsul olaraq görünəcək.