Dünya Bankı Qrupu Türkiyədə həyata keçirilən proqramlardan əlavə, yaxın 3 ildə özəl sektora 18 milyard dollar birbaşa kredit verəcək.
Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, IFC Türkiyə və Mərkəzi Asiya Regional Direktoru Şloemer bildirib ki, Dünya Bankı Qrupu Türkiyədə həyata keçirilən 17 milyard dollarlıq proqramlardan əlavə, yaxın 3 ildə özəl sektora 18 milyard dollar birbaşa kredit verəcək.
"Bu, təqribən 35 milyard dollarlıq aralıq maliyyə paketinə bərabərdir. Bu paket Türkiyə proqramımızın böyük genişləndirilməsini əks etdirir və administrasiyanın makroiqtisadi sabitliyin bərpasına dair güclü öhdəliyinə cavab verir. Biz həmçinin ixrac kimi digər sahələrdə də iştirakımızı dərinləşdirməyi planlaşdırırıq." Schloemer dedi.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) zəlzələdən zərər çəkmiş bölgələrdə yaşayan insanlar üçün kənd evlərinin təmiri və əsas ictimai xidmətlərin göstərilməsi üçün 2023-cü ilin iyun ayında 1 milyard dollar maliyyələşdirməni təsdiqlədiyini bildirən Schloemer, layihənin təxminən 14 milyon insana fayda gətirəcəyini söylədi.