Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Türkiyənin müdafiə sənayesinin qabaqcıl adlarından biri olan ROKETSAN diqqətəlayiq bir işə imza atıb. Açıqlamada, şirkətin dəqiq idarə olunan raket sistemlərindən biri olan "ÇAKIR"-a axtarış başlığının inteqrasiya edildiyi və bu sistemlə raketin ilk atış sınağının uğurla tamamlandığı bildirilib. Sınaq zamanı ÇAKIR Baykar tərəfindən hazırlanmış Akıncı TİHA (hücum pilotsuz uçuş aparatı) ilə buraxılıb.


Qanadlı raket funksiyasını yerinə yetirəcək ÇAKIR, Türk Silahlı Qüvvələrinin çəkindirici qüvvələrindən biri olacaq. 150 kilometri keçən mənzilli quru və dəniz hədəflərini asanlıqla məhv edə bilən raket düşmənə qorxu salan bir növdür. Çünki ÇAKIR reaktiv mühərrikə sahibdir və yüksək manevr qabiliyyəti ilə ən çətin hədəfləri belə tam dəqiqliklə vura bilir.