Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Apple yeni iPad və Mac kompüterlərini təqdim etmək üçün tədbir təşkil etməyəcək. Apple şirkəti ilk dəfə ötən ilin oktyabrında MacBook Pro və iMac modelləri üçün M3 çipini təqdim etmişdi. MacBook Pro və iMac-dən sonra M3 çipinin həm iPad Pro, həm də MacBook Air modellərinə gələcəyi gözlənilirdi.


Gözlənilən baş verdi və Apple M3 çipləri ilə təchiz edilmiş yeni MacBook Air modellərini təqdim etdi. 13 və 15 düymlük MacBook Air modelləri M3 çipi ilə yenilənib. Apple tərəfindən verilən məlumata görə, M3 çipli MacBook Air modeli M1 çipli modeldən 60 faizə qədər və Intel əsaslı ən sürətli MacBook Air-dən 13 dəfəyə qədər sürətlidir.