Söhbət tikintidən gedəndə kağız insanın ağlına gələn birinci material deyil. Bununla belə, memarlar Ben Daniel Drats tikintidə kağızdan istifadə etməyə qərar verərək emal edilmiş 550 kağız bağlamasından bina qurublar.

Qardaşlar bildirib ki, kağız emalı ilə məşğul olan fabrikin yanından keçdikdə və böyük sayda preslənmiş kağız tayı gördükdə bu ideya onların ağlına gəlib. Bu kağız taylarının yağışın təsirinə məruz qalmaması onları heyrətləndirib.

185 kvadrat metrlik kiçik kağız bina artıq güclü külək və leysan yağış üzərində sınaqdan keçirilib. Bina, sadəcə, müvəqqəti konstruksiya kimi düşünülsə də, lakin qardaşlar hazırda belə binanın nə qədər duruş gətirəcəyini öyrənmək istəyir.