Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Vivo uzun müddətdir gündəmdə olan yeni planşet "Vivo Pad 3 Pro"nu rəsmiləşdirdi. Bomba xüsusiyyətləri ilə təchiz edilmiş planşetin qiyməti hələ açıqlanmayıb.


Çin texnologiya nəhəngi vivo, yeni planşet modeli ilə uzun müddətdir gündəmdədir. "Vivo Pad 3 Pro" adlanan planşet tədbirdə rəsmi olaraq təqdim edilib. Beləliklə, bir çox xüsusiyyətləri artıq üzə çıxan vivo Pad 3 Pro rəsmiləşdi.


Vivo Pad 3 Pro 3,1K ayırdetmə dəstəyi ilə 13 düymlük ekranla təchiz edilib. Bu ekran 144 Hz-ə qədər təzələnmə sürətini təklif edir ki, bu da peşəkar oyun monitorlarına bərabərdir. Bundan əlavə, vivo Pad 3 Pro-nun ekranı xüsusi göz mühafizəsi texnologiyası ilə təchiz olunub.