Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Apple, iPhone-lara süni intellekt xüsusiyyətlərini gətirmək üçün Google-un süni intellekt aləti Gemini istifadə etməyi hədəfləyir. Bu nəhəng razılaşma süni intellekt bazarını sarsıda bilər. İki nəhəngin axtarış sistemləri sahəsində milyard dollarlıq müqaviləsi olub.


Məsələ hələ də təzə olduğu və görüşün təfərrüatları məxfi olduğu üçün adının açıqlanmasını istəməyən mənbələrə görə, razılaşma keçərsə, iPhone proqram təminatına əlavə olunacaq süni intellekt xidmətləri Google Gemini tərəfindən təmin edilə bilər. Xatırladaq ki, Apple bu yaxınlarda OpenAI ilə görüşmüşdü.