Rusların əmanətləri 11,8 milyard dollar artaraq rekord göstəricidir.
Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, ötən fevralda Rusiyanın bank depozitləri 1,1 trilyon rubl (11,8 milyard dollar) artıb. Analitiklərin fikrincə, bu artım depozit faizlərinin yüksək olması və alternativ investisiya imkanlarının məhdud olması ilə bağlıdır.
Depozitlərdə belə yüksək artım (2,5 faiz) sonuncu dəfə 2016-cı ildə qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin yanvar ayında fiziki şəxslərin əmanətlərində cəmi 54 milyard rubl artım olub.
Ötən ilin dekabrında bank depozitlərində 2,9 trilyon rubl, iyunda isə 1,1 trilyon rubl artım olub.
Rusiyada iri bankların orta depozit faizi fevralın sonunda 14,79 faiz olduğu halda, mart ayında bu faiz 14,7 faizə enib.