Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, avtomobil sənayesinə addım ataraq böyük sürpriz edən Xiaomi, yeni elektrikli avtomobilini geniş ekosistemlə dəstəkləməyi hədəfləyir. Xiaomi Life adı ilə elan edilən yeni ekosistem üslubu sevənləri cəlb edir.


Xiaomi Life brendi şirkətin SU7 avtomobilinin sahibləri üçün çantalardan tutmuş fincanlara qədər bir çox əlaqəli aksesuarları özündə cəmləşdirən bir ekosistem olacaq. SU7 avtomobilinin xəttlərinə uyğun gələn və dəbi izləyən Xiaomi Life aksesuarları internet saytında satışa çıxarılacaq.


Xiaomi SU7 sahiblərinin avtomobili mənimsəməsinə də kömək edəcək Xiaomi Life, sosial mediada da mühüm reklam rolunu oynayacaq. Yaxın illərdə Xiaomi avtomobil ailəsi böyüdükcə, Xiaomi Life brendi paralel olaraq genişlənəcək.