"Facemark.az" xarici mənbələrə əsasən istinad edir ki, “August Camp”ın “Worldweight” musiqisi üçün hazırlanan video 8:3 həcmində yer alır və fərli mühitlərin kiçik videolarından ibarətdir. Videoda sahildə buludlu bir gün və meşənin ortasında yerləşən məbəd yer alır. Bu görüntülər musiqi ilə birləşdiyində ortaya çox maraqlı görüntü və kombinasiyalar ortaya çıxır.


”August Camp” bu işi hazırlayarkən “Worldweight”i təmsil edən videonun necə görünəcəyini xəyal etdiyini bildirir. “Camp” həmçinin bildirir ki, düşüncələrini ifadə etməkdə çox çətinlik yaşayan birisi olaraq “Sora” onun üçün sözün əsl mənasında mükəmməl bir iş oldu. August timsalında bir çox insan üçündə “Sora” və bunun kimi süni intellekt proqramları bir xeyli kömək ola bilər.


Həmçinin videoda yer alan təxəyyül məhsulu işlərdə bir xeyli diqqət çəkir. Buna yarpaqların balığa çevrilməsi kimi fantaziyalar daxildir. Digər tərəfdən bu hallüsinasiyaların video və musiqi ilə ahəng içində olması izləyənərdə bir çaşqınlığa səbəb olmur.


“August Camp”dan əlavə olaraq, “Walter Woodman”, “Sidney Leeder”, “Patrick Kederberg” kimi mütəxəssislərdə “Sora”nın ərsəyə gəlməsində xüsusi əməyə sahibdir.


Ötən günlərdə “Open AI”ın CTO-su “Murat Mira” isə “Sora”nın bu il içində bazara çıxarılacağını bildirib. Şirkətin CEO-su “Sam Altman” isə bu il içində “Open AI”ın birdən çox modelinin bazara çıxacağını bildirməsinə baxmayaraq bunlar içində “Sora”nı qeyd etməyib.