Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Meta, Instagram sosial media platformasına süni intellekt xüsusiyyəti gətirməyə hazırlaşır. İstifadəçilərin mesaj qutularında olduğu bildirilən Meta AI-nin bir çox sualları cavablandıra və mətn əmrlərindən şəkillər yarada bildiyi qeyd edilib.


Qeyd olunub ki, bu tip süni intellekt suallara cavab verə, mətn əmrlərindən şəkillər yarada, hətta şeir yaza bilir.


Meta sözçüsü, süni intellektlə işləyən generativ təcrübələrinin inkişafın müxtəlif mərhələsində olduğunu və onlardan bəzilərini açıq şəkildə məhdud imkanda sınaqdan keçirdiyini bildirib.


Qeyd edilib ki, istifadəçilər bu süni intellekt funksiyasına DM və ya “mesajlar” qutusundan daxil ola bilərlər.