Facemark xarici mənbələrə əsasən istinad edir ki, Elmi fantastika filmlərindən indi tanış olduğumuz insana bənzər robotlar, ’’Boston Dynamics’’-in yeni elektrik Atlası ilə real dünyada canlanır. Belə ki, şirkətin bu yeni robotu təqdim etməsi ilə filmlərdə gördüyümüz robotlar reallığa çevrilir.


1992-ci ildə ‘‘Marc Raibert‘‘ tərəfindən qurulan ‘‘Boston Dynamics‘‘ robototexnika sahəsində 32 illik təcrübəyə malik şirkətdir. Şirkət uzun müddətdir məşhur olan hidravlik ''Atlas'' robotlarını "təqaüdə çıxardı" və tam elektrik versiyasını təqdim etdi. Bu yeni versiya real sənaye ehtiyaclarını qarşılamaq üçün xüsusi olaraq hazırlanmışdır.


‘‘Boston Dynamics’’-in açıqlamalarına görə, yeni elektrikli ''Atlas'' robotunun əsas istifadə sahələrindən biri avtomobil sənayesi olacaq. ’’Atlas’’ robotundan istifadə edən ilk avtomobil firmasının ’’Hyundai’’ olduğu bildirilib.


Bir tərəfdən, şirkətin tarixi kommersiya robotlarının hazırlanmasında çətinliklərlə doludur. ‘’Boston Dynamics’’ öz məhsullarını biznes və ya sənaye obyektləri kimi kommersiya mühitlərində istifadə etmək üçün mübarizə aparsa da, bu yolda bir sıra satınalmalar ilə müxtəlif mərhələlərdən keçib.


Şirkətin ilk məhsulları arasında 2013-cü ildə təqdim edilmiş, lakin heç vaxt kommersiyalaşdırılmamış ’’Atlas’’ Robotun ilk versiyası da var idi. 2020-ci ildə buraxılan və polis qüvvələri və əsgərlər tərəfindən istifadə edilən itə bənzər Spot Robot da var. Ancaq yeni elektrikli ’’Atlas’’ ilə şirkət bu dəfə kommersiya tətbiqlərinə diqqət yetirərək fərqli bir strategiya izləyərək rəqabət qabiliyyətini artırmağı hədəfləyir.


’’Boston Dynamics’’-in bu hərəkəti robototexnika sahəsində ümumi dəyişikliyin bir hissəsi kimi qiymətləndirilir. Digər rəqib şirkətlər də eyni şəkildə kommersiya robototexnikasının inkişafına diqqət yetirirlər və rəqabət gələcək sənaye robototexnika sahəsinin formalaşmasında mühüm rol oynayacaq.