“Birlikdən qazan” şüarı ilə 26 aprel 2024-ci il tarixində “Gülüstan Sarayı”nda 600 nəfərdən çox iştirakçı ilə keçirilən Milli İnsan Resursları Forumu uğurla yekunlaşıb.


“Facemark”, “HR Option” və “HRENGINEERING” şirkətlərinin təşkilatçılığı, “VATA” şirkətinin baş sponsorluğu, “ROOF Academic Training”, “Peoplise” və “Business School Istanbul” şirkətlərinin platinum sponsorluğu, “BeIT & Partners”, “LOQO”, “DataExpert” və “IST Services” şirkətlərinin gold sponsorluğu və “Anzera”, “Başkent” restoranlar şəbəkəsi və “İnnab”ın silver sponsorluğu ilə 300-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutub.