“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi baş tutub. Mərasimdə 150-dən çox sahibkar, dövlət nümayəndələri, Avropa və Türkiyədən gəlmiş qonaqlar iştirak ediblər.


Klub şirkətlərin PR, media və kommunikasiya, həmçinin networking ehtiyaclarını ən səmərəli yolla təmin edərək onların müştəri bazasının artırılmasına və brendin KİV və rəqəmsal media alətləri vasitəsilə tanınmasına xidmət edir.


Təqdimat mərasimində “Biznes Mərkəzi Klubu”nun sədri Rüfət Nadirli çıxış edərək klubun fəaliyyət istiqamətləri, məqsəd və məramları, həmçinin əməkdaşlıq imkanları barədə geniş məlumat verib.


Tədbirdə çıxış edən millət vəkili Ceyhun Məmmədov və KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova biznes klublarının əhəmiyyətindən və onların inkişafının gələcək sahibkarlıq mühitinə birbaşa təsirindən bəhs ediblər.


Açılış mərasimində TÜİB və MÜSİAD təşkilatlarının nümayəndələri, şirkət rəhbərlərinin çıxışları da baş tutub, klubun fəaliyyətinə uğurlar arzu ediblər.


Tədbirin bədii hissəsində bir sıra tanınmış müğənnilərin ifaları səslənib və maraqlı bir yarışma keçirilərək qaliblərə “Biznes Mərkəzi Klubu” və sponsorlar tərəfindən hədiyyələr təqdim olunub.