“Ağıllı” telefon və planşet kompüterləri insanlar üçün bir sıra müxtəlif imkanlar yaradır. Onlardan biri də internet üzərindən satınalma həyata keçirmək imkanıdır. 2012-ci ildə mobil qurğular vasitəsilə internetdən təqribən 25 milyard dollar həcmində satınalma edilib. 2011-ci il ilə müqayisədə artım 81 faiz təşkil edib.

Internet üzərindən həyata keçirilən alış-verişin əsas problemi “ağıllı” telefonun ekranının kiçik ölçülü olmasıdır. Etiraf edək ki, fərdi kompüter və ya noutbuk ekranı arxasında baxmaq və seçim etmək daha rahatdır.

Bununla belə, böyük diaqonallı ekranla təchiz edilmiş planşet kompüterlərinin meydana çıxması vəziyyəti dəyişdirdi: insanlar divanda əllərində “iPad” və ya digər planşetlə uzanaraq internet üzərindən yeni əşyalar satın alır.