Azərbaycan Respublikası Mərkəzi Bankının açıqladığı məlumata əsasən, 2012-ci ilin noyabr ayının sonuna qədər buraxılmış kredit kartların sayı 210 min ədəddən çox artaraq 377 min ədəd təşkil etmişdir. Həmin müddət ərzində “Bank of Baku” tərəfindən buraxılmış yeni kredit kartların sayı 125.413 ədəd təşkil edərək, ölkə üzrə artımın 60%-i təşkil etmişdir. Banka məxsus kredit kartların əksəriyyətini Bolkart, loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, Visa və Mastercard kredit kartları, Mybrands və İdeal kobrend kredit kart növləri təşkil edir. Məhz bu kredit kartları hazırda vətəndaşlar arasında daha böyük populyarlığa malikdirlər. Hal-hazırda isə toplam olaraq “Bank of Baku”-ya 160.000 ədəddən artıq kart məxsusdur.



Xatırladaq ki, bu gün “Bank of Baku”-ya aid müxtəlif kartlar vasitəsi ilə müxtəlif çeşidli mal və xidmətlərdən bəhrələnmək mümkündür. Belə ki, 2011-ci ilin sonu “Bank of Baku” Azərbaycanda ilk dəfə taksit sistemi ilə işləyən Bolkart kredit kartını dövriyyəyə buraxdı. Alınan malın dəyərini aylara bölüb hissə-hissə ödəməyə imkan verən Bolkartı bu qısa müddət ərzində artıq 50.000-ə yaxın şəxs əldə edib və bu rəqəm sürətlə artır. Bolkartla ölkəmizin 500-dən çox dükan və ticarət mərkəzlərində alış-veriş etmək mümkündür. Bu kredit kartı ilə tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Lakin Bolkart sahibləri yalnız alış-veriş etməklə kifayətlənmir. Onlar həmçinin kartlarını vaxtaşırı nağdlaşdırma imkanını da əldə edir.



Bir müddət öncə isə “Bank of Baku” hissə-hissə ödəniş layihəsi çərçivəsində İDEAL perfumery&cosmetics şirkəti ilə birgə İDEAL kobrend kartını dövriyyəyə buraxdı. Artıq on minlərlə şəxs ən müasir parfümeriya məhsullarını məhz kredit kart ilə əldə edir.



“Bank of Baku”-nun digər tərəfdaşı olan MYBRAND’S geyim mağazaları ilə bərəbər isə bir müddət öncə yeni bir “Hissə-Hissə” kredit kartını təqdim etdi. İndi minlərlə kart sahibi dünya şöhrətli geyim brendlərini alıb 12 aya qədər faizsiz və hissə-hissə ödəmək imkanına malikdir.


“Bank of Baku”-nun innovativ kart məhsulları sırasına daxil olan ən son yeniliyi isə “Dostlar klubu” layihəsi çərçivəsində verilən imtiyazlı kartlardır. “Bank of Baku” ilə 12 ay və daha çox müddət ərzində əməkdaşlıq edən müştərilərə verilən Gümüş, Qızıl və Brilyant kartlar sayəsində onlar az komissiya haqqı ödəmək, sərfəli faizlə 5000 manata qədər kredit götürmək imkanına, habelə təcili hallar üçün ekspress kredit xəttinə yiyələnirlər. Qısa müddət ərzində bu kartlar 60.000 müştəriyə paylanılıb və onlar bu güzəştlərdən bəhrələnməkdədirlər.



“Bank of Baku”-nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.