Hollandlar üzmə qabiliyyətinə malik evlərdən ibarət olacaq şəhər salmağa hazırlaşırlar. 2040-cı ilədək hər biri 4 tennis kortunun sahəsinə bərabər olacaq 13 min üzən evin tikintisi planlaşdırılır. Hazırda Rotterdamda təcrübə üçün ilk ev tikilib. Bu, Rijnhaven metrostansiyası yaxınlığında bir-birinə birləşik olan 3 yarımkürə şəkilli kompleksdir. Ümumi ölçüsü 46х24 m olan üzən ev yeni nəsil ekoloji yaşayış evi nümunəsidir. Üzmə qabiliyyətinə malik yarımkürələr şüşədən 100 dəfə yüngül olan şəffaf plastikdən hazırlanıb və atmosfer təsirlərinə qarşı dayanıqlıdır. Çəkisi yüngül olduğuna görə üzən ev güclü bünövrə və ya yüksək davamlı karkasa ehtiyac duymur. Bünövrənin qalınlığı cəmisi 2 metr təşkil edir və beton lövhə və polistiroldan hazırlanıb.