DəmirBank-ın MasterCard və Maestro plastik kart sahiblərinə 28Mall ticarət mərkəzində alış-veriş edən zaman 28 Cinema-ya 2 nəfərlik bilet təqdim olunur. Aksiya 14 fevral 2013-cü il tarixinədək davam edəcək.
Sevgililər Günü ilə bağlı keçirilən aksiyanın şərtlərinə görə 28Mall-da fəaliyyət göstərən seçilmiş mağazalarda ən azı 30 AZN-lik nağdsız ödəniş edənlərə 2 nəfərlik bilet təqdim olunur.
Nağdsız ödənişi bildirən çeki kinoteatrda olan xüsusi kassaya təqdim edərək biletləri dərhal almaq mümkündür. Təqdim edilən biletlər 28 fevral 2013-cü il tarixinədək etibarlıdır.
DəmirBank plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.
Plastik kartı Bankın filiallarında və həmçinin http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.