“AtaBank” ASC filial şəbəkəsi ilə yanaşı bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. Bank yeni ünvanda müştərilərin rahatlığı üçün bankomatlar yerləşdirib. Bankomatların hər ikisi Bakı şəhəri Nobel pr. 15, məhəllə 1212 ünvanda yerləşən "AZURE Ticarət Mərkəzi"-ndə quraşdırılaraq müştərilərin ixtiyarına verilmişdir. Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 72 ədəd təşkil edir. Onlardan 2-si səyyar bankomatlar olan “AtaMatik” Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.


“AtaBank” ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 10-u isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şırvan, Naftalan Lənkəran şəhərlərində yerləşir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


“AtaBank” ASC-nın bankomatlarının siyahısı: http://atabank.com/index.php?sid=130