“AtaBank” və “VISA International” şirkəti “VISA kartı ilə ödəyin və təminatlı mükafat alın” adlı birgə promo kampaniyaya start verdi.
Kampaniya müddəti 3 ay davam edəcək:
“Neptun” supermarketində 15 fevral 2013-cü il – 15 may 2013-cü ilədək
VISA kartı ilə hər dəfə alış-veriş edən hər kəs xüsusi hədiyyələr qazanacaq. Alış-verişin məbləği çox olduqca hədiyyənin dəyəri də artır.
Bütün VISA kartları aksiyada istifadə oluna bilər. AtaBank keçirdiyi birgə aksiya VISA kartlarının istifadəsi zamanı rahatlığı, sürəti və sadəliyi dəyərləndirməyə imkan verəcək.
VISA kartı ilə alış-veriş edərkən, hədiyyə qazan!
Visa kartla 01-20 AZN ödəndikdə, kart sahibləri promoterdən soyuducu üçün maqnit əldə edəcək.
21- 50 AZN ödəndikdə, ekoloji çantalar əldə edəcək.
51- 100 AZN ödəndikdə, brend çətir və ya termo-fincan əldə edəcək.
101 AZN və daha artıq dəyərində alış-veriş edənlər, üzərində Visa logosu olan cüzdan və ya USB əldə edəcək.
“AtaBank” ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 10-u isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şırvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir. 1 fevral 2013 il tərixinə bank tərəfindən quraşdırılmış POS-terminalların sayı 9279 ədəd təşkil etmişdir.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/ AtaBank