“AtaBank” ASC müştərilərə yeni, endirimli kredit məhsulundan istifadə etməyi təklif edir. İş yerindən arayışa, zamin şəxsə və s. sənədləri toplamağa artıq zərurət yoxdur!



25 fevral tarixində start götürəcək aksiya müddətsizdir. Kreditin minimal məbləği 300 manat, maksimal məbləği 40 000 manat, müddəti isə 48 ay təşkil edir. Şəxsi ehtiyac kreditinin faiz dərəcəsi 12%-dən başlayır.


Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. 24 filialla fəaliyyət göstərən “AtaBank” ASC korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. Onlardan 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.


Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.