Rəqəmsal məhsulların hazırlanması sahəsində ixtisaslaşmış Prosper şirkəti Bank Standard üçün yeni “Biznes rəqabət” adlı Facebook oyununu istifadəyə verdi. Oyun ərzində siz sualtı dünyaya səyahət edərək müxtəlif növ balıqlarla üzləşirziniz. Onlardan bəziləri sizin yeminiz ola bilər, amma digərləri üçün sizin yemə çevrilməyiniz mümkündür. Biznes də okeanı xatırladır, yəni, kifayət qədər səy göstərilmədiyi halda digərləri sizi bazardan çıxararaq yerinizi tutur. Oyunun da adı məhz buradan götürülmüşdür.
“Biznes rəqabət” oyunu bu həftənin əvvəlindən etibarən istifadəyə verilib. Oyunun əsas qaydası isə, yırtıcı balıqların yeminə çevrilmədən daha çox balıq yeməkdən ibarətdir. Hər yeyilən balıq sizə 1 xal qazandırır. Həftə başa çatdıqda ən yüksək xal toplayan iştirakçı Bank Standard tərəfindən mükafatlandırılacaq.
Oyun üç ay ərzində davam edəcəkdir. Bank Standard-ın rəsmi Facebook səhifəsinə daxil olaraq oyun barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.
Vaxt itirmədən oyuna qoşulun və sualtı dünyanın bir hissəsinə çevrilin, ən əsası isə qaliblərdən biri məhz Siz olun!