Bütün müsahibələrdə işə girmək istəyənlərə eyni suallar verilir və namizədlər onlara əvvəlcədən standart cavablar hazırlayırlar.
Heineken şirkəti müsahibə haqqında formalaşan ənənəvi fikri dəyişdirərək bütün vasitələrlə həqiqətən istedadlı mütəxəssisi tapmağa qərar verdi.
Müsahibin gəncləri otağa "əlindən" tutaraq keçirməsi onlar üçün birinci sınaq idi . Daha sonra sınaqdan keçənlər işəgötürənin qəsdən halının pisləşdiyi anda ilk yardım göstərərkən dözümlü olmalı idilər. Üçüncü mərhələ qətiyyətliliyi müəyyən etmək üçün bir test idi.
Qeyri-adi müsahibə nəticəsində üç ən yaxşılar seçilmişdir. Qalib isə beynəlxalq Heineken marketinq cəmiyyətinin veb saytında səsvermə nəticəsində müəyyən edildi. Seçilmiş namizəd "Juventus" stadionuna yollanaraq orda işə qəbul olduğunu öyrəndi.