Azərbaycanda kart ödəmə sistemlərinin inkişafına liderlik edən Worldcard, 14 mart tarixində iş əməkdaşlarını "Hyatt Regency" otelində İqtisadiyyat və Marketinq dünyasının son trendlərini kəşf etməyə dəvət edir.
Tədbirdə Azərbaycan Diplomatik Akademiyasında Humanitar Elmlər üzrə dekan müavini və iqtisadi elmlər üzrə professor köməkçisi olaraq fəaliyyət göstərən Phd.Elkin Nurməmmədov "Pərakəndələr üçün dünya və bölqə iqtisadiyyatı" adlı mövzuda, İstanbul Texniki Universitetində Nəzarət və Komputer mühəndisliyi üzrə ali təhsil almış və mütəxəssislik sahələri olan Strateji Marka İdarəsi, Strateji Marketing, Yeni məhsul inkişafı və innovasiya mövzularında bu günədək ölkə içində və ölkə xaricində bir çox konfranslar keçirmiş Dr.Engin Baran "Müştəri Hədəfli Marketing və Markalaşma" adlı mövzuda konfransda çıxış edəcəklər.
Tədbirə giriş dəvətnamə ilədir və tədbir 14:30-dan 20:30-dək davam edəcək.
Ünvan: Hyatt Regency, Baku Guba Hall Room Bakixanov 1