AGBank-ın artıq uzun müddət keçirdiyi "Uduşlu Kupon" kampaniyasının növbəti qalibləri, Axundova İnarə Əli qızı, Məmmədov Bəxtiyar Niftəli oğlu, Mahmudov Şahin Şamil oğlu oldular. Bütün qaliblər 200 AZN-lik kupon əldə ediblər. Digər bankların müştəriləri olan qaliblər, AGBank-ın ATM – lərindən istifadə etmiş və qalib olmuşlar.
AGBank-ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank-ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank-ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər.
Məhz bu səbəbdən başqa bankların kart istifadəçiləri, pul çıxarmaq üçün AGBank-ın bankomatlarına üstünlük verirlər.
AGBank qarşıdan gələn Novruz bayramı münasibəti ilə Xalqımızı təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq!