Azərbaycanın aparıcı banklarından biri olan BankofBaku yeni kampaniyaya start verir. Belə ki, artıq bankın Facebook səhifəsinin istifadəçiləri heç bir arayış təqdim etmədən onlayn kreditlər sifariş edə biləcəklər. Kampaniyanın kreativ icraçısı isə Jeyhun Imanov Studio-sudur.


İlk öncə, tizer kampaniyaya start verdildi – bankın Facebook səhifəsinin foto-örtüyünə kredit ala biləcək real istifadəçilərin şəkillərini qoyduldu. Örtük hər həftə yenilənərək istifadəçilərin bankın hər yeni müştərisi ilə tanış olmasına xidmət edir.


Sonra isə, JİS müştərilərin internetdə yerindəcə rahat kredit almaları üçün yeni Facebook proqramı tədbiq edib.