20 ildir müştərilərinə xidmət edən Amrahbank xalqımızın ən sevimli bayramlarından olan Novruz Bayramı münasibəti ilə martın 13-dən aprelin 15- dək “Biz vədimizə sadiqik!” sloqanı ilə istehlak kreditləri üzrə endirimli kampaniyaya başladı. Kampaniyanın tərkib hissəsi olan “Biz vədimizə sadiqik” sloqanı kampaniyanın şərtlərinə sadiklik dəyərini özündə əks etdirir.
Kampaniyanın şərtlərinə görə müştərilərə, Novruz Bayramı ərəfəsində 5000 AZN-dək nəğd pul, 7%- dək endirimlə, 24 aya qədər olan müddətə, arayışsız, zaminsiz, operativ və növbəsiz kredit almaq imkanl verilir.
Hər bir müştərinin bankımız üçün dəyərli olduğunu qeyd edən Amrahbank İdarə Heyətinin üzvü Vüsal Musayevin sözlərinə görə bu kampaniya istehlak bazarında hal-hazırda ən uyğun və ən əlverişli şərtlərlə təqdim edilmiş istehlak krediti kampaniyasıdır. Onun sözlərinə görə kampaniyanı təşkil etməkdə əsas məqsədimiz milli və sevimli bayramımız olan Novruz Bayramı ərəfəsində müştərilərimizə bir az da olsa bayram əhval-ruhiyyəsi bəxş etməkdir.
Daha ətraflı məlumat üçün www/amrahbank.com internet saytına https://www.facebook.com/AMRAHBANK.ASC səhifəsinə daxil olmaqla , eləcə də Telefon Məlumat Mərkəzi 987-ə zəng etməklə əldə etmək olar.