"AtaBank" ASC-nin 19 mart 2013-cü il tarixindən Facebook səhifəsində "Novruz şansı" şuarı altında start verdiyi hədiyyəli kampaniyanın qalibi Elşən Mustafayev olub. Qalibə "AtaBank" ASC-dən balansında 100 manat olan “Visa” kartı təqdim edilib. Novruz bayramı ərəfəsində start verilən müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini yüksəltmək və onlara bu bayram günlərində sevinc hissi bəxş etmək olmuşdur.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük banklardan biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə bankın səhifəsini ziyarət edə bilərlər - www.facebook.com/atabank.