2013-cü ilin 1-ci rübünün nəticələrinə görə Amrahbank ASC-nin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 dəfə artaraq 1557.9 min manat təşkil etmişdir. Bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 60.2% artaraq 5421.10 min manat, xərcləri isə19.82 % artaraq 3863.20 min manat olmuşdur.
Hesabat dövründə Amrahbank ASC-nin aktivlərinin həcmi 105239.64 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.7 % çoxdur .
Bankın kredit portfeli ötəni lin müvafiq dövrü ilə müqayisədə 47.25%, ilin əvvəli ilə müqayisədə 2.25%, artaraq 83919.5 min manat, o cümlədən istehlak kreditlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.4%, ilin əvvəli ilə müqayisədəisə 5% artaraq 68650.7 min manat təşkil etmişdir.
Hesabat dövründə Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.3% artaraq 60228.7 min manat, o cümlədən əhalinin əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.71 %, ilin əvvəli ilə müqayisədə 2.04 % artaraq 44823.8 min manat təşkil etmişdir.
1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.
Hal-hazırda bankın 19 filiali və 3 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.