DəmirBank-ın aktivləri 1 aprel 2013-cü il tarixinə 373,6 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 15,3 mln. manat çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 8,9 mln. manat və ya 3,3% artaraq 274,4 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2013-cü il tarixinə 168,2 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 aprel 2013-cü il tarixinə 138,7 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 25,6% və ya 28,3 mln. manat çoxdur.
Bankın nizamnamə kapitalı 1 aprel 2013-cü il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 56,5 mln. manat olub.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.