“AtaBank” ASC aprelin 26-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Binəqədi rayonunun Biləcəri qəsəbəsində təşkil edilmiş "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə iştrak etmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir. 2013 il ərzində “AtaBank” ASC vasitəsilə sahibkarlıq subyektlərinə 2,362 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına təqribən 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.



Qeyd edək ki, "AtaBank" 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 52 milyon manat güzəştli kredit verilib. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.